çempionlar Liqasının qrup mərhələsinin III turunda "Genk"lə qarşılaşan "Liverpul" 4:1 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, Aleks Oksleyd-çemberlaynın dubl etdiyi qarşılaşmada digər qollara Sadio Mane və Məhəmməd Salah imza atıb.

çemberlaynın ikinci topu "Liverpul"un bu turnirdə 200-cü qolu olub. "Qırmızılar" 200 qol səddinə çatan 4-cü ingilis klubu olub. "Mersisaydlılar"dan əvvəl "Mançester Yunayted", "Arsenal" və "çelsi" bunu bacarmışdı.

Dünənki görüşdə fərqlənən Məhəmməd Salah "Liverpul"un heyətində bu turnirdə 18-ci qolunu vurub. Bu baxımdan klub tarixinin bombardiri Stiven Cerrarddı. Salahı əfsanəvi kapitandan cəmi 3 top ayırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest