Bu gün futbol üzrə UEFA çempionlar Liqasında yeni rekord qeydə alına bilər. Matc.az xəbər verir ki, PSJ qrup mərhələsində 3 turdan sonra növbəti mərhələyə vəsiqə qazanan ilk klub ünvanına sahib çıxa bilər.
 
Bunun üçün Paris təmsilçisinin səfərdə qarşılaşacağı Belçika "Brügge"sinə qalib gəlməli, İstanbulda keçiriləcək "Qalatasaray" (Türkiyə) - "Real" (İspaniya) matçında isə heç-heçə qeydə alınmalıdı.
 
PSJ ilk iki turda "Real" və "Qalatasaray"a qalib gəlib. İstanbuldakı görüş heç-heçə yekunlaşsa, ardıcıl üçüncü qələbə sayəsində xalını 9-a çatdıracaq Paris klubu 1/8 finala vəsiqəni təmin etmiş olacaq. çünki qrupdakı digər klubların hər birində cəmi 2 xal olacaq.
 
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, PSJ buna nail olsa, çL tarixində 3 turdan sonra qrupdan çıxmağı bacaran ilk kluba çevriləcək.
 
çL-dən fərqli olaraq, Avropa Liqasında bir dəfə belə bir uğura imza atılıb. Portuqaliyanın "Sportinq" klubu 2011/12 mövsümündə cəmi 3 tura növbəti mərhələyə vəsiqəni təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest