Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" görüşünün biletləri satışa çıxarılıb. Yerli azarkeşlər bu gündən IV tur oyunu üçün bilet sifariş edə bilərlər. Əvvəlcə APOEL fanatları bir həftə ərzində biletlərini əldə edə biləcəklər.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" görüşünün biletləri satışa çıxarılıb. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, yerli azarkeşlər bu gündən IV tur oyunu üçün bilet sifariş edə bilərlər.

Əvvəlcə APOEL fanatları bir həftə ərzində biletlərini əldə edə biləcəklər. Oktyabrın 29-dan etibarən isə hər kəs bu imkanı qazanacaq. Biletlərin qiyməti 14 yaşadək uşaqlar üçün 5 avro, 14-20 yaş arası tələbələr üçün 10 avro, böyüklər üçün isə 15-20-25-35-50 (tribunalara uyğun) avroyadı. IV turun oyunu noyabrın 7-də Nikosiyada baş tutacaq.

Qeyd edək ki, bu komandalar III tur çərçivəsində oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest