Avropa Liqasının qrup mərələsində keçiriləcək "Qarabağ" - APOEL matçı öncəsi son məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib. Əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq. O, oyundan bir gün əvvəl - oktyabrın 23-də, saat 13:00-da mətbuat konfransı keçirəcək.

Avropa Liqasının qrup mərələsində keçiriləcək "Qarabağ" - APOEL matçı öncəsi son məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, əvvəlcə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media önünə çıxacaq.

O, oyundan bir gün əvvəl - oktyabrın 23-də, saat 13:00-da mətbuat konfransı keçirəcək. Saat 17:00-da Azərbaycan çempionunun "Azərsun Arena"da son məşqi baş tutacaq.

Saat 18:15-də isə APOEL-in çalışdırıcısı Tomas Doll jurnalistlər önünə çıxacaq. Nikosiya təmsilçisi son məşqini 19:00-da matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda keçəcək.

Qeyd edək ki, oktyabrın 24-də baş tutacaq "Qarabağ" - APOEL görüşü saat 20:55-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest