"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Danimarka millisinin üzvü daha bir klubdan təklif alıb.

Belə ki, "Real"dan sonra "Bavariya" da ulduz futbolçunu heyətinə qatmaq fikrinə düşüb. İspaniya nəhəngi 27 yaşlı oyunçu ilə mövsümün sonunda havayı anlaşmağı planlaşdırırsa, almanlar qış fasiləsində onu müəyyən məbləğ qarşılığında almaq istəyir. Bundesliqa çempionu bu məqsədlə həm Eriksenin özü, həm də klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest