"Barselona" rəhbərliyi kapitan Lionel Messinin karyerasının sonuna qədər komandada qalmasını istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu bunun üçün argentinalı ilə danışıq masası arxasında əyləşməyə hazırlaşır.

Belə ki, La Liqa təmsilçisi 32 yaşlı superulduza ömürlük müqavilə təklif edəcək. Rəhbərlik hazırda bu məsələ üzərində çalışmalar aparır. Leo buna müsbət cavab versə, özü istədiyi müddətdə karyerasını davam etdirəcək.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest