"İnter"in hücumçusu Lautaro Martinesin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu məsələyə argentinalı forvardın meneceri Beto Yake son qoyub.

O, müştərisinin "İnter"də qalacağını söyləyib: "Mənə elə gəlir ki, Antonio Kontenin gəlişi Lautaroya həm fiziki, həm də taktiki baxımdan müsbət təsir göstərdi. Bir çox cəhətdən irəliləyiş əldə etdi, ən çox da fiziki hazırlıq və taktika səviyyəsində. "Barselona" və "Yuventus"a qarşı yaxşı oynayaraq özünə əminliyi artdı. Lautaro "İnter"də çox xoşbəxtdi və tezliklə yeni müqavilə imzalayacaq. İndi başqa heç nə düşünmür. Bir neçə böyük klubun onu izləməsi yaxşıdı. Martines Milan klubuna sadiqdi".

Qeyd edək ki, Lautaro Martines "Barselona"nın maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest