"Zenit"in müdafiəçisi Emanuel Mammananın durumuna aydınlıq gəlib. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, klubunun heyətində zədələnən gənc oyunçunun vəziyyəti ürəkaçan deyil.

Belə ki, 23 yaşlı mərkəz müdafiəçisinin sol diz ön çarpaz bağlarında qismən qopma aşkarlanıb. Əgər MRT də bu durumu təsdiqləsə, Mammana əməliyyata ehtiyac duyacaq. Bu isə o deməkdi ki, futbolçu təxminən 8 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 2017-ci ildən "Zenit"də çıxış edən Emmanuel Mammana Argentina millisinin də üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest