İspaniyanın “Malaqa” klubu Sequndanın 11-ci turu çərçivəsində “Kadis”lə qarşılaşacağı oyunun təxirə salınmasını istəyir. Matc.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “Malaqa” bununla bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. 
 
Bu tələbə səbəb, “Malaqa”nın heyətində kifayət qədər futbolçuların olmamasıdı.
 
Maliyyə problemləri yaşayan “Malaqa” mövsümün əvvəlində Sequnda üçün 17 futbolçu sifariş etmişdi. Hazırda həmin oyunçulardan da bir neçəsi cəza və zədə səbəbindən oynamağa hazır olmadığından komanda çətin vəziyyətdə qalıb.
 
Qeyd edək ki, 71 yaşlı “Malaqa” klubu cari mövsümdə mübarizə apardığı Sequndada 10 turdan sonra 8 xalla 19-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest