"Barselona"nın kapitanı Lionel Messi "Rac1" radiosuna geniş müsahibə verib. Matc.az saytının məlumatına görə, argentinalı superulduz bir çox məsələlərə aydınlıq gətirib.

32 yaşlı oyunçunun fikirləri ilə sizi tanış edirik.

Formada olmaması haqda: "Hələ tam formada deyiləm. "Sevilya" ilə oyunda bu mövsüm ikinci dəfə 90 dəqiqə meydanda oldum. Həmin görüşə yorğun başladım, ayaqlarım ağırlaşmışdı. Ancaq bunlar normal haldı. Getikcə formaya düşəcəm".

Qrizmann haqda: "Barselona"ya oynamaq asan deyil. "Barsa" fəlsəfəsinə uyğunlaşmayıb digər klubdan gələn hər oyunçu üçün uyğunlaşmaq çətindi. Amma Qrizmannla bağlı heç bir şübhəmiz yoxdu. O, ağıllı və keyfiyyətli futbolçudu. Getdikcə o da fəlsəfəmizə uyğunlaşacaq. Qrizmannın "Barselona"ya gəlməsini istəməməyim barədə deyilənlər yalandı. Ən güclü futbolçular üçün bu klubun qapıları hər zaman açıqdı".

Neymar haqda: "O, dünyanın ən yaxşılarından biridi və hər zaman fərq yarada bilir. Neyin gəlişi bizi daha güclü edərdi. Burdan ayrıldığı üçün bəzi insanlar qayıtmasını istəmirdi. Şəxsən mən onun dönməsini istərdim. Neymar transferindəki danışıqlarda iştirak etməmişəm. İnsanlar transferlərin mənim qərarlarımla edildiyini düşünürlər. Əslində isə heç nədə iştirak etmirəm. Neymar burdan ayrılmağına peşmandı. Ayrılmaqla düzgün qərar vermədiyini başa düşdü. Elə bilirdim ki, bu yay "Barsa"ya gəlməsə, "Real"a keçəcək. çünki PSJ-dən ayrılmağı çox istəyirdi. Florentino Peresin bu transfer üçün nələrsə edəcəyini fikirləşirdim. Bartomeu Neymarı indi transfer edə bilməsə də, gələcəkdə bu keçidin baş tutması real görünə bilər".

Ernesto Valverde haqda: "ötən mövsüm "Liverpul"a məğlubiyyətin günahkarı biz futbolçularıq. Bir il əvvəl Romada baş verənlər bizə dərs olmalı idi. Romada olanları yada saldıq və hər şey daha da pisləşdi. Valverdenin qalması barədə qərarı mən vermədim. Buna rəhbərlik qərar verdi. Bu, hamımız üçün sevindirici xəbər idi. çünki əvvəlki baş məşqçilərdə olduğu kimi, Valverdeyə qarşı münasibətimiz də yaxşıdı".

"Qızıl top" haqda: "Bu mükafatı qazanıb-qazanmayacağımı bilmirəm. Qazanmasam, buna təəssüflənməyəcəm. Fərdi mükafatlar mənim üçün prioritet deyil.

Xerard Pikenin sözləri haqda: "Pike ağıllı və səmimi insandı, nə dediyini yaxşı bilir. Açığı, "Xetafe" ilə matçdan sonra onun sözlərinə təəccübləndim. Lakin Pike klub daxilində belə məsələlərin necə həll olunduğunu yaxşı bilir. O, vəziyyəti dəyərləndirdi və bu fikirləri səsləndirdi. Əsas odu ki, hazırda komandada hər şey yaxşıdı".

Ona olan münasibət haqda: "İnsanların mənə Tanrı demələri xoşuma gəlmir. Bu, çox şişirdilir. övladlarım da bunu eşidir və təkrar edirlər. Onlar məni "Vamos (irəli) Leo Messi" adlandırırlar".

"Barselona"dan getmək istəyi haqda: "2013-14 mövsümündə məhkəmə məsələsinə görə, çox yorulurmuşdum. Bu mənə və ailəmə problemlər yaratmışdı. İnsanlar baş verənlərdən xəbərsiz idilər. Yaxşı ki, həmin vaxtlar uşaqlarımın yaşı az idi, bunları dərk etmirdilər. Məhkəmə məsələləri ilə əlaqədar "Barsa"dan ayrılmaq istəyirdim. Hiss etdim ki, İspaniyada mənə qarşı pis davranırlar. Bu səbəbdən ölkədə qalmaq istəmirdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest