Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Əvvəlcə qeyri-sabit çıxışı ilə diqqət çəkən "Sumqayıt" doğma meydanda "Keşlə"ni qəbul edib. Paytaxt təmsilçisi ilk üçlükdəki mövqeyini qorumağı, sumqayıtlılar isə uğursuz gedişata son qoymağı hədəfləmişdilər. Amma komandalar meydanı qol vurmadan - 1 xalla tərk ediblər.
 
Günün digər matçı "Neftçi" ilə "Səbail" arasında baş tutub. "Ağ-qaralar" bu oyunda qalib gəlməklə "Səbail"i qabaqlamaq şansına malik idi. Meydan sahibləru bu şansı əldən verməyiblər.
 
Tura sabah keçiriləcək "Zirə" – "Qəbələ" və "Qarabağ" – "Sabah" oyunları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
VII tur
5 oktyabr
 
"Sumqayıt" - "Keşlə" 0:0
"Sumqayıt Arena". Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
 
Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 18. Süleyman Əhmədov.
Baş məşqçi: Ayxan Abbasov.

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov. 
 
"Neftçi" – "Səbail" 2:1
Qol: S.Monroz, 41. A.Krivotsyuk, 44 - A.Ramazanov, 81.
8-ci km stadionu. Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
 
Neftçi: 1. Səlahət Ağayev (k), 17. Rəhman Hacıyev, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 56. Elton Əlibəyli, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Roberto Bordin.

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. ürfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 18. Akşin Qurbanlı, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest