Futbol üzrə İngiltərə Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu "Mançester Siti" ilə kubokun qalibi "Liverpul" üz-üzə gəlib.
 
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol olmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "şəhərlilər" Super Kubokun qalibi olub.
 
"Mançester Siti" tarixində 6-cı dəfə İngiltərə Super Kubokunu qazanıb. Sözügedən klub 1937, 1968, 1972, 2012 və 2018-ci illərdə də oxşar uğura imza atıb.
 
İngiltərə Super Kuboku
4 avqust
 
Liverpul - Mançester Siti 1:1 (penaltilər – 4:5)
Qol: Matip, 77 -  Sterlinq, 12.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest