"...fikirləşirdik ki, Tokio olimpiadasından ən azı 3 medalla dönəcəyik. Ancaq biz fikirləşdiyimiz kimi olmadı. Bu, texniki heyətin və məşqçilərin işidir"
Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Həmyerlimiz bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) - Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçiylə üz-üzə gələcək.
Qərara etiraz əlaməti olaraq Murad rinqi tərk etməkdən imtina edib və qeyri-etik hərəkətləri ilə diqqət mərkəzinə düşüb. O, təxminən 30 dəqiqə rinqin kənarında oturub. Bir müddət sonra Əliyev oradan ayrılsa da, çox keçməmiş yenidən geri qayıdıb.
"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm. Artıq iki medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm"
Bu gün isə komandalarımız Yaponiyaya yollanıb. Bakı vaxtı ilə saat 16:45-də nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula yola düşüb. Təmsilçilərimiz sabah İstanbul - Tokio marşrutu üzrə hərəkət edəcək və yerli vaxtla saat 19:20-də Yaponiyaya çatmaları gözlənilir.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.