"Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər"

Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Tokio 2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla qarşılaşıb. Matc.az xəbər verir ki, 1/8 final mərhələsində keçirilən görüşdə təmsilçimiz rəqibinə 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
 
Döyüşdən sonra media nümayəndələrinə danışan 29 yaşlı idmançı yenə də hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: "Qələbə gözləyirdim. Ancaq mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu. Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest