"Keşlə" - "Səbail" oyununu Rauf Cabarov, "Sabah" - "Neftçi" matçını Vüqar Həsənli idarə edəcək. "Zirə" - "Sumqayıt" matçının baş hakimi isə İnqilab Məmmədov olacaq.
"Qəbələ" Premyer Liqada 50-ci dəfə "Qarabağ"la görüşəcək. İndiyədək keçirilən 49 oyunda 10 qələbəsi olan "Qəbələ" 14 dəfə meydanı sülhlə tərk edibsə, 25 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan "qırmızı-qaralar" 71 top buraxıb.
Liderlərin iki ən yaxın izləyicisinin - "Sumqayıt"la "Zirə"nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi, mükafatçılardan ikisinin müəyyənləşməsinə səbəb olub.
O, "Neftçi"nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşüb. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandır. Sabiq müdafiəçinin hesabında 182 oyun var.
Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutmuş "Keşlə" - "Sabah" oyunu qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.