Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan “Şamaxı” öz meydanında 173 qələbə qazanıb, 88 dəfə məğlub olub. 1:1 hesablı bərabərlik 89-cu heç-heçə kimi yadda qalıb
Ozobiç Azərbaycan çempionatları tarixində ən azı 10 fərqli mövsümdə qol vuran 57-ci futbolçudur. Mütləq rekord isə 17 mövsümdə buna nail olan Kənan Kərimova məxsusdur.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.
"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.