"Sabah"dan 3-cü darmadağın
"Sabah" Premyer Liqada 3-cü dəfə böyük hesablı qələbə əldə edib. Əvvəlki iki uğura da öz meydanında imza atan paytaxt futbolçuları yenə eyni - 3:0 hesabı ilə qalib gəlib. Bu, komandanın ən böyükhesablı qələbəsidir. 2019/20 mövsümünün "Səbail", 2020/21 mövsümünün "Qəbələ" ilə qarşılaşmalarında da "Sabah" üç xalı üç cavabsız qolla əldə edib.