“Neftçi” Premyer Liqanın 7-ci turunda qarşılaşacağı “Səbail”lə matçın hazırlığını başa vurub. Matc.az xəbər verir ki, komanda bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. 
 
Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.
 
Xatırladaq ki, oktyabrın 5-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyununa saat 19:15-də start veriləcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edən oyun biletlərini “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest