“Real” bu transfer mübarizəsindən geri çəkilməklə fürsəti əldən vermiş ola bilər. Bununla belə, paytaxt klubunun qərarının nə dərəcədə doğru olduğunu yalnız zaman göstərəcək.

İspaniya millisinin və “Vilyarreal”ın sabiq yarımmüdafiəçisi Markos Senna Rodri haqqında danışıb. Matc.az xəbər verir ki, o, ispaniyalı futbolçunun “Mançester Siti”dən “Barselona”ya mümkün keçidini gözlənilməz hadisə kimi qiymətləndirib.
 
Sennanın sözlərinə görə, Rodri ilə bağlı əsas favorit Madrid “Real”ı hesab olunsa da, sonradan mübarizəyə qoşulan “Barselona”nın futbolçunu heyətinə qatması hər kəs üçün sürpriz olub: “Dəqiq nə baş verdiyini bilmirəm, amma Rodrinin sonda “Barselona” ilə müqavilə imzalaması hamımızı təəccübləndirdi. Bunu heç kim gözləmirdi”.
 
Senna hesab edir ki, “Real” bu transfer mübarizəsindən geri çəkilməklə fürsəti əldən vermiş ola bilər. Bununla belə, paytaxt klubunun qərarının nə dərəcədə doğru olduğunu yalnız zaman göstərəcək.
 
Keçmiş yarımmüdafiəçi Rodrinin oyun keyfiyyətlərini də yüksək qiymətləndirib. Onun fikrincə, ispaniyalı futbolçu universal oyun tərzi sayəsində dünyanın istənilən böyük klubunun sisteminə asanlıqla uyğunlaşa bilər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest