11 Noyabr 2026, 09:19
FUTBOL
“Sabah” hücumçusu Coy Lens Mikelsi yenidən itirə bilər. Matc.az xəbər verir ki, Almaniya əsilli futbolçu ilə maraqlanan klubların sayı artır.
Bir müddət əvvəl 32 yaşlı forvardın adı vətənində Mönxenqladbax “Borussiya”sı ilə birgə hallanırdı. Lakin almanlar bununla bağlı heç bir addım atmayıblar. İndi isə Mikelsin Türkiyə Superliqası, həmçinin Almaniya II Bundesliqasında çıxış etmək variantı yaranıb.
Skautlar Ruanda millisinin üzvünün “Sabah”ın heyətində Premyer Liqada və UEFA Çempionlar Liqasındakı çıxışını izləməkdə davam edəcəklər. Oyunçunun ən geci mövsümün sonunda Azərbaycan çempionundan ayrılmaq ehtimalı yüksək qiymətləndirilir.
Mikelsin “Sabah”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Coy Lens Mikels 2023-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna keçsə də, bir ildən sonra “Sabah”a qayıdıb.













