20 Aprel 2026, 16:33
FUTBOL
PSJ Fransa çempionatının XXX turunda doğma meydanda "Lion"a 1:2 hesabı ilə uduzub.
Matc.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike oyundan sonra açıqlama verib. İspaniyalı mütəxəssis nəticə ilə barışmalı olduqlarını deyib:
"Çempionatda intriqa istəyirdiniz? Budur intriqa. İki erkən qol buraxdıqda, oyuna nə qədər nəzarət etsən də, nəyəsə nail olmaq çətindir. Qapıya 23 zərbə endirdik. Lakin yalnız sonuncu zərbədə qol vurduq, üstəlik penalti də qaçırdıq. Bütün bunlar nəticəni həll etdi. "Lion"u təqdir etmək lazımdır. Onların keyfiyyətli futbolçuları və yaxşı baş məşqçiləri var. Rəqibimiz oyunu layiqincə keçirdi. Bu nəticə ilə barışmalı və irəli getməliyik. Bizi hər üç gündən bir oyun gözləyir".






_1776698575.jpg)





