Futbol üzrə Latviya çempionatında XX turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi "Dauqavpils" də növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə "Valmiera Qlass" ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Azərbaycanlı futbolçulardan yalnız biri - Vüqar bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Turalla Elvinin adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Dauqavpils" hazırda 21 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.