"Real"ın cinah oyunçusu Vinisius Junior Alvaro Arbeloanın baş məşqçi təyin olunmasından sonra yenidən özünü komanda üçün əsas oyunçu kimi hiss edir.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, oyunçunun agentləri ilə Madrid klubu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar davam edir. Tərəflərdən heç biri 2027-ci ilin yayında başa çatacaq müqavilənin uzadılmasının vacibliyindən şübhə etmir. Hətta "Real" daxilində braziliyalı oyunçunun komandadakı gələcəyinə tənqidi yanaşanlar belə, onun son matçlarda nümayiş etdirdiyi yüksək səviyyəli futbolu qeyd ediblər.

Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından bəri "Real"da oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 37 oyunda meydana çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 150 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest