Almaniyalı yarımmüdafiəçi Marko Roys "Los Anceles Qalaksi" ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

Roysun yeni müqaviləsi 2027-ci ilin dekabr ayına qədər nəzərdə tutulub.

O, 2024-cü ilin yayından bəri klubda çıxış edir. Bu günə qədər yarımmüdafiəçi Kaliforniya komandasında 42 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Roys 2012-ci ildən 2024-cü ilə qədər "Borussiya"da oynayıb. Dortmund klubu ilə Roys 2 dəfə Almaniya Kubokunu və 3 dəfə Almaniya Superkubokunu qazansa da, ölkə çempionluğunu sevinci yaşaya bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest