ESPN İngiltərə Premyer Liqası tarixinin ən uğursuz transferlərinin reytinqini dərc edib.

Matc.az xəbər verir ki, 2022/23 mövsümü üçün "Çelsi"yə transfer edilən ukraynalı yarımmüdafiəçi Mixail Mudrik 50 uğursuz transfer siyahısında birinci yeri tutub.

O, London klubuna 70 milyon avroya "Şaxtyor"dan keçmişdi.

İlk "10-luğ"a aşağıdakı oyunçular da daxil olub:

1. Mixailo Mudrik - "Şaxtyor"dan "Çelsi"yə 70 milyon avroya.
2. Entoni - "Ayaks"dan "Mançester Yunayted"ə 95 milyon avroya.
3. Nikolas Pepe - "Lill"dən "Arsenal"a 80 milyon avroya.
4. Ali Dia - "Sauthempton"a azad agent kimi.
5. Daniel Drinkvoter – "Lester"dən "Çelsi"yə 37,9 milyon avroya
6. Rikardo Alvares – "İnter"dən "Sanderlend"ə 10,5 milyon avroya
7. Romelu Lukaku – "İnter"dən "Çelsiy"ə 113 milyon avroya
8. Ceydon Sanço – "Borussiya"dan "Mançester Yunayted"ə 85 milyon avroya
9. Tomas Brolin – "Parma"dan "Lids Yunayted"ə 5,3 milyon avroya
10. Kalvin Filips – "Lids Yunayted"dən "Mançester Siti"yə 49 milyon avroya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest