"Trabzonspor"un ukraynalı hücumçusu Danilo Sikan Belçikanın "Anderlext" klubuna keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabunçuoğlu məlumat yayıb.

Klublar 24 yaşlı ukraynalı futbolçu üçün 4 milyon avroya transfer barədə razılığa gəliblər. Digər detallar hələlik məlum deyil.

Qeyd edək ki, Sikan bu mövsüm "Trabzonspor"da 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" ukraynalı futbolçunu 5 milyon avro dəyərində qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest