18 Noyabr 2025, 13:59
FUTBOL
"Komo" "Fənərbaxça"dan icarəyə götürdüyü Dieqo Karlosun transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisinin məşqçilər korpusu braziliyalı futbolçunun oyununu bəyənir. Klub 32 yaşlı mərkəz müdafiəçisini birdəfəlik transfer etmək üçün İstanbul nəhəngi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Komo" Dieqo Karlosu mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli oyunçu komandanın heyətində keçirdiyi 8 oyunda meydana çıxıb.





_1763473785.jpg)






