15 Noyabr 2025, 22:14
FUTBOL
"Nyukasl"ın ulduz futbolçusu Sandro Tonali zədə səbəbindən İtaliya millisinin düşərgəsini tərk edib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
Məşqçilər heyətinin məlumatına görə, yarımmüdafiəçi Norveçlə oyuna 100 faiz hazır deyil və buna görə də İngiltərəyə erkən qayıdacaq. Futbolçunun klubuna bu barədə artıq məlumat verilib.
Qeyd edək ki, İtaliya millisinin daha bir futbolçusu Rikkardo Kalafiori zədə səbəbindən yığmanın düşərgəsini tərk edib.












