10 Noyabr 2025, 18:17
FUTBOL
"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttomercatoweb" məlumat yayıb.
"Milan" almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. "Rossonerilər" 32 yaşlı forvardı yanvar ayında icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm "Vest Hem"in heyətində 7 oyunda meydana çıxıb.












