07 Noyabr 2025, 16:02
FUTBOL
"Beşiktaş" Türkiyə Super Liqasının 12-ci turunda səfərdə "Antalyaspor"un qonağı olacaq.
Matc.az xəbər verir ki, istanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.
Kapitan Orkun Kökçü ilə müdafiəçi Emirhan Topçu cəzalıdır. Rafa Silva və Necip Uysal isə zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Antalyaspor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.












