05 Noyabr 2025, 14:34
FUTBOL
"Roma" Evan Ferqyuson və Paulo Dibaladan sonra daha bir futbolçusunun xidmətindən məhrum olub.
Matc.az xəbər verir ki, Leon Beyli sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Yamalkalı vinger sol bud nahiyəsindən zədə alıb. 28 yaşlı oyunçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Roma" Leon Beylini mövsümün əvvəlində "Aston Villa"dan icarəyə götürüb. Təcrübəli futbolçu paytaxt təmsilçisinin heyətində 5 oyunda meydana çıxıb.


_1762360334.jpg)




_1762351323.jpg)




