"Milan"ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Çelsi" fransalı qolkiperi heyətinə qatmaq istəyir. London təmsilçisi yayda A Seriyası klubu ilə müqaviləsi başa çatan 30 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Mayk Menyan bu mövsüm "Milan"ın heyətində 6 rəsmi oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest