10 Sentyabr 2025, 11:11
FUTBOL
"Sportinq"in müdafiəçisi Zeno Debast karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Yunayted" belçikalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar" Debastı yanvar ayında heyətinə qatmağı planlaşdırır.
21 yaşlı mərkəz müdafiəçisi ilə "Arsenal" və "Aston Villa" da maraqlanır.
Qeyd edək ki, Zeno Debast bu mövsüm "Sportinq"in heyətində 5 oyunda meydana çıxıb. Gənc oyunçu Belçika millisinin üzvüdür.