"Beşiktaş"ın futbolçusu Ernest Muçi Super Liqada klubunu dəyişə bilər.

matc.az xəbər verir ki, bu barədə "61saat.com" saytı məlumat yayıb.

"Trabzonspor" albaniyalı vingeri transfer etmək istəyir. Qara Dəniz təmsilçisi 24 yaşlı oyunçu üçün İstanbul klubuna təklif göndərməyi planlaşdırır.

Albaniya millisinin üzvü ilə Rusiyanın "Rubin" klubu da maraqlanır.

Qeyd edək ki, Ernest Muçi bu mövsüm "Beşiktaş"ın heyətində 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest