"Konyaspor" Daniyel Aleksiçlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Daniyel Aleksiç ötən ilin yayından "Konyaspor"da çıxış edirdi. 34 yaşlı futbolçu Super Liqa təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest