"Beşiktaş"ın müdafiəçisi Baxtiyor Zaynutdinov Rusiyaya qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.

"Dinamo" qazaxıstanlı sol cinah müdafiəçisinin transferi ilə bağlı İstanbul nəhəngi ilə razılığa gəlib. Moskva klubu futbolçu üçün 2,5 milyon avro və bonuslar ödəyəcək.

Qeyd edək ki, "Beşiktaş" Baxtiyor Zaynutdinovu 2023-cü ilin yayında ÇSKA-dan transfer edib. 27 yaşlı müdafiəçi ötən mövsüm "qara qartallar"ın heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest