"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmək şansları haqda danışıb.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul təmsilçisinin Avropa Liqası səviyyəsində olduğunu bildirib:

“Biz reallıqdan danışmalıyıq. Çempionlar Liqasına getsək, maliyyə baxımından əla olardı. Amma uğur qazanmaq üçün “Fənərbaxça” Avropa Liqası səviyyəsində komandadır”.

Qeyd edək ki,  "Fənərbaxça" Çempionlar Liqasında mübarizəyə 3-cü təsnifat mərhələsindən başlayacaq və Niderlandın "Feyenord" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest