"Everton"dan ayrılan Eşli Yanqın yeni klubu müüəyyənləşib.

Matc.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü "İpsviç Taun"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı sağ cinah müdafiəçisi Çempionşip təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Eşli Yanq ötən mövsüm "Everton"un heyətində Premyer Liqada keçirdiyi 32 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest