24 İyul 2025, 12:25
FUTBOL
"Turan Tovuz"dan ayrılan Orxan Əliyevin yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Qırğızıstanda davam etdirəcək.
Orxan "Uzqen"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla bu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Orxan Əliyev “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi klubların formasını geyinib.












