24 İyul 2025, 11:59
FUTBOL
"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını Niderlandda davm etdirə bilər.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Feyenoord" kolumbiyalı futbolçunu heyətinə qatmaq istəyir.
Roterdam təmsilçisi artıq "sarı-qırmızılar"a rəsmi təklif göndərib. Niderland klubu 26 yaşlı mərkəz müdafiəçisini satınalmaa bəndi ilə icarəyə götürməyə çalışır.
Qeyd edək ki, "Qalatasaray" Karlos Kuestanı bu ilin fevral ayında "Genk"dən transfer edib.












