24 İyul 2025, 11:18
FUTBOL
Roberto Firminonun yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, "Əl-Əhli"nin hücumçusu karyerasını Qətərdə davam etdirəcək.
"Əl-Sədd" braziliyalı forvardı 7 milyon avroya transfer edib. 33 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Roberto Firmino 2023-cü ilin yayında "Liverpul"dan ayrıldıqdan sonra "Əl-Əhli"yə keçmişdi. Ulduz futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 65 oyunda 21 qol vurub, 17 qol ötürməsi edib.












