24 İyul 2025, 10:31
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Madrid klubu 29 yaşlı oyunçu üçün 115 milyon avroluq təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Mançester Siti" Rodrini 2019-cu ildə "Atletiko"dan transfer edib. İspaaniya millisinin üzvü ötən il "Qızıl Top" mükafatının qalibi olub.












