23 İyul 2025, 21:29
FUTBOL
Bu gün "Sumqayıt"la "İmişli" yoxlama oyununda üz-üzə gəlib.
Matc.az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Qarşılaşmada hesab açılmayıb - 0:0.
Buna qədər "Araz-Naxçıvan"ın əvəzediciləri ilə qarşılaşan və 2:1 hesabı ilə qalib gələn "İmişli" "Karvan", "Qəbələ", "Şəfa", "Şamaxı" və "Sabah 2" ilə də üz-üzə gələcək.
İyulun 25-də Qəbələyə yollanacaq "Sumqayıt" isə orada 4 yoxlama matçı keçirəcək. Rəqiblərin adları hələ ki, açıqlanmayıb.












