23 İyul 2025, 16:52
FUTBOL
"Portu" Kopenhagen"in yarımmüdafiəçisi Viktor Froholdtu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya təmsilçisi danimarkalı futbolçu üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək. 19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü olan Viktor Froholdt ötən mövsüm "Kopenhagen"in heyətində keçirdiyi 53 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib.












