"Roma" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Peskara"dan Antonio Arenanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma" İtaliya U-17 millisinin üzvü üçün onun klubuna 1 milyon avro təzminat ödəyib. 16 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Antonio Arena paytaxt təmsilçisinin U-20 komandasında çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest