"Ştutqart"ın futbolçusu Entso Miyo karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Qalatasaray" fransalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. "Sarı-qırmızılar" 23 yaşlı oyunçu üçün Almaniya klubuna 20 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, Entso Miyo ötən mövsüm "Ştutqart"ın heyətində keçirdiyi 43 oyunda 12 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest