Növbəti mövsüm 1-ci Liqada mübarizə aparacaq "Səbail" heyətinə yeni oyunçu cəlb edib.

Matc.az xəbər verir ki, Bayıl təmsilçisi Rəhman Hacıyevi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Rəhman Hacıyevin son klubu "Neftçi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest