23 İyul 2025, 11:59
FUTBOL
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun birinci mərhələsi keçirilir.
Matc.az xəbər verir ki, kursun açılışında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və NFF-nin baş katibi Raqif Abbasov da iştirak ediblər. AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən keçirilən birinci modula iyulun 24-də yekun vurulacaq.
Qeyd edək ki, UEFA C kursunun növbəti mərhələləri avqust və sentyabr aylarında təşkil olunacaq.





_1692637766.png)
_1762338149.jpg)





