23 İyul 2025, 11:41
FUTBOL
"Roma" heyətinə yeni hücumçu cəlb edib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"da Evan Ferqyusonu icarəyə götürüb.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İrlandiyalı forvard 2025/2026 mövsümünü "canavarlar"ın heyətində keçirəcək. Paytaxt klubu Ferqyuson üçün 3 milyon avro icarə haqqı ödəyib. "Roma" 40 milyon avro ödəməklə 20 yaşlı futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, İrlandiya millisinin üzvü olan Evan Ferqyuson ötən mövsümün ikinci yarısını icarə əsasında "Vest Hem"də keçirib.





_1692637766.png)
_1762338149.jpg)





