"Milan"ın müdafiəçisi Emerson Royal karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşrri məlumat yayıb.

İstanbul təmsilçisi braziliyalı sağ cinah müdafiəçisinə 3 illik müqavilə təklif edib. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Milan" Emerson Royalı ötən ilin yayında "Tottenhem"dən transfer edib. 26 yaşlı futbolçu komandanın heyətində 26 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest